400 kq-dan çox ərzaq məhsulları məhv edildi

400 kq-dan çox ərzaq məhsulları məhv edildi
  11 Yanvar 2014    Oxunub:1125
İstehlaka yararsız 400 kq-dan çox ərzaq məhsulları məhv edilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız məhsullar aşkar edilib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Nərimanov, Nəsimi rayonlarında, Sumqayıt, Gəncə, Qəbələ, Ucar, Göygöl, Bərdə, Yevlax, Qusar, Şamaxı, Tərtər və Füzuli şəhərlərində aparılan yoxlamalar zamanı ümumilikdə 410 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti