Qubada avtobus 64 yaşlı piyadanı vurub

Qubada avtobus 64 yaşlı piyadanı vurub
  11 Yanvar 2014    Oxunub:1270
Yanvarın 10-da Quba rayonunun Dəvədabanı yaşayış massivi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzVision.az APA- ya istinadən xəbər verir ki, 60 yaşlı Quba şəhər sakini Qəmbər Məmmədovun idarə etdiyi 10 XC 619 qeydiyyat nişanlı “Mercedes” markalı mikroavtobus yolu keçən piyada 64 yaşlı Quba rayonunun Qonaqkənd kənd sakini Pərnisə Mustafayevanı vurub.

Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib. Onun cəsədi Quba rayon Morqunda müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti