“İçərişəhər” metrosu yenidən təmir olanacaq

“İçərişəhər” metrosu yenidən təmir olanacaq
  11 Yanvar 2014    Oxunub:3202
“İçərişəhər” metrostansiyasının yenidənqurmaya ehtiyacı var”.
Bu barədə AzVision.az-a Bakı Metropoliteninin elektrik təchizatı xidmətinin rəisi Əlixan Osmanov məlumat verib.

Ə.Osmanov “İçərişəhər” yarımstansiyasının da yenidənqurmaya ehtiyacı olduğunu bildirib və qeyd edib ki, bunun üçün ona Metropoliten rəhbəri Tağı Əhmədov tərəfindən müvafiq hesablamaların aparılmasını və idarə rəisinə təqdim olunması tapşırılıb.

Xidmət rəisi onu da əlavə edib, Tağı Əhmədov ona tunellərdə olan mövcud xətlərin bir-birindən ayrılması başlayanadək “Nizami” yarımstansiyasının dartı-azaldıcı yarımstansiyaya çevrilməsi üçün lazım olan yenidənqurma işlərinin layihəsini təqdim etməyi tapşırıb.

Sevin İltifatqızı


Teqlər:  





Xəbər lenti