Azərbaycan terroru dəstəkləyənlərin siyahısına dəyişikliklər edib
Məlumata görə, siyahıya yeni hüquqi və fiziki şəxslərin adları əlavə edilib, bəzi hüquqi və fiziki şəxslərin adları çıxarılıb, eləcə də onlardan bir neçəsi haqqında məlumatlar dəqiqləşdirilib.
1999-cu ildə BMT TŞ-də "əl-Qaidə" təşkilatı və "Taliban" hərəkatının maliyyə vəsaitlərinin dondurulması və "əl-Qaidə" təşkilatı və "Taliban" hərəkatına qarşı Sanksiyalar Komitəsinin yaradılması barədə 1267 saylı qətnamə qəbul edilib. 1373 saylı qətnamədə terrorçuluq fəaliyyətinin, həmçinin beynəlxalq siyahının təsdiq edilməsi çərçivəsində antiterror komitəsinin yaradılmasının maliyyələşdirilməsinin yolverilməzliyi bildirilir.
Siyahıya edilən sonuncu dəyişikliklər sayca 24-cüdür. Yenilənmə TŞ-nin qərarı və regional təşkilatlardan daxil olan məlumatlar əsasında həyata keçirilir.
Azərbaycan Nazirlər Kabinetinin əmrinə əsasən, beynəlxalq siyahı ölkənin Xarici İşlər
Nazirliyinin təqdimatı əsasında Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiqlənir və yenilənir.
Teqlər: