Avropa portalı XIN rəhbərinin məqaləsini dərc edib
Məqalədə Yer üzündə sülh məsələsi üçün cavabdeh olan BMT-nin əsas strukturunda Azərbaycan dövlətinin üzvlüyünə yekun vurulur, bu təşkilatda onun üzvlüyə namizədliyinin irəli sürülməsi ərəfəsində Bakının öz qarşısına qoyduğu məqsədlərdən, həmin il ərzində dünya birliyinin qarşılaşdığı problemlərdən (Suriyada, Malidə, KDR-də münaqişələr, Sudan ilə Cənubi Sudan arasında münasibətlər və s.) söhbət açılır.
Məqalədə BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin müəyyən dövlətlər tərəfindən yerinə yetirilməməsi ilə əlaqədar Bakının narahatlığı ifadə edilir. Söhbət xüsusən Ermənistandan gedir.
Məqalədə deyilir: “BMT Təhlükəsizlik Şurasında Azərbaycanın üzvlüyü dövlətimizin xarici siyasətində yeni səhifə açmışdır. Bu təcrübə, şübhəsiz, Azərbaycanın bundan sonra da planetdə beynəlxalq sülhü və təhlükəsizliyi, beynəlxalq dialoqu və humanitar yardım proqramlarını dəstəkləmək əzminə öz töhfəsini verəcək”.
Teqlər: