Gülər Əhmədovanın oğlu əsgərlikdən qayıtdı

Gülər Əhmədovanın oğlu əsgərlikdən qayıtdı
  13 Yanvar 2014    Oxunub:1105
Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov hərbi xidmətini başa vuraraq evinə dönüb.
Bu barədə AzVision.az-a eks-deputatın vəkili Əfsər Talıbov məlumat verib. Onun sözlərinə görə, Toğrul Əhmədova əsgərlikdən qayıtsa da anası ilə hələ görüşməyib.

Məndə olan məlumata görə, Toğrul əsgərlikdən gəlib. Amma hələ ki, Gülər xanımla görüşməyib. Görüşün nə vaxt olacağı haqqında məlumatım yoxdur”.-deyə Ə. Talıbov bildirib.
Gülər Əhmədovaya verilən hökmlə bağlı Appelyasiya məhkəməsinə edilən şikayətə gəlincə, vəkil deyib ki, bununla bağlı məhkəmədən bildiriş gəlməyib.

Ə. Talıbov həmçinin G.Əhmədovanın vəziyyətinin yaxşı olmadığını qeyd edib.

Qeyd edək ki, ötən il məlum video qalmaqaldan sonra G.Əhdəmovann Maliyyə Nazirliyində işləyən oğlu T.Əhmədov hərbi xidmətə göndərilmişdi.

Nihadə Əyyubova


Teqlər:





Xəbər lenti