Ana və uşağının ölümü ilə bağlı Rəsmi AÇIQLAMA

Ana və uşağının ölümü ilə bağlı Rəsmi AÇIQLAMA
  13 Yanvar 2014    Oxunub:906
Bakıda ağacın ana və uşağının üstünə düşməsi zamanı ölmə faktı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanvarın 11-də saat 15 radələrində Nizami rayonu, Babək prospekti ilə İ.Məmmədov küçəsinin kəsişdiyi ərazidə iri gövdəli ağacın oradan keçən piyadalar - 1968-ci il təvəllüdlü Nərgiz Hacıyeva və onun azyaşlı oğlu Elmar Hacıyevin üstünə aşması nəticəsində xəsarət alaraq hadisə yerində ölmələri faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisənin baş vermə səbəblərini müəyyən etmək məqsədilə məhkəmə-bioloji eskpertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda istintaq davam edir.


Teqlər:  





Xəbər lenti