Cəbhə bölgəsindən son xəbər + FOTOLAR - EKSKLÜZİV
Sakinlər bildirir ki, son 3 gündə ermənilər sanki gecəni gözləyir, hava qaralan kimi kəndi gülləbaran edir. Əlibəyli sakinləri bildirirlər ki, ötən gecə düşmən ordusunun səhər saat 6-ya qədər kənd avtomat və pulemyotlardan atəşə məruz qalıb. Kəndin düşmən postu ilə ən yaxın məsafədə yerləşən sakinləri səhərə qədər yatmadıqlarını səhər açılan kimi kiçik yaşlı uşaqları Tovuza qohum evlərinə yola salıblar. Evlərin pəncərələri dam örtükləri yararsız hala düşüb.
Gecə saat 4-də atılan güllə isə kənd sakini Rafiq Cəfərovun az yaşlı övladını az qala xəsarət yetirəcəkmiş. Dərhal evin zirzəmisinə gizlənən Cəfərovlar özlərini qoruya bilib. Kəndlilər bildirir ki, atəş yalnız gecə vaxtı olur, gündüzlər kənddə həyat öz axarı ilə davam edir. Amma buna baxmayaraq kənd sakinləri gecə yenidən atəşkəsin pozulacağını güman edirlər
Qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə Ermənistan silahlıları Əlibəyli, Hacallı kəndləri ilə yanaşı Tovuzun Koxa Nəbi, Ağdam kəndləri də atəş altında saxlayıblar. Güllə səsləri hətta Tovuz şəhərindən də aydın eşidilib.
Rahim İbrahimoğlu
Tovuzdan AzVision.az üçün