Milli Məclisin ilk iclasının GÜNDƏLİYİ

Milli Məclisin ilk iclasının GÜNDƏLİYİ
  24 Yanvar 2014    Oxunub:975
Milli Məclisin fevralın 3-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
Millət vəkili Zahid Oruc AzVision.az saytına açıqlamasında bildirib ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

Gündəliyə daxil edilən məsələlər bunlardır: Milli Məclisin İntizam və Hesablayıcı Komissiyanın yenidən təşkil olunması, Yaz sessiyasının qanunvericilik işləri planına təkliflər, Azərbaycan Respublikası və Peru hökuməti ilə diplomatik xidməti passportlarla bağlı viza tələbindən azad olunma, bu xarakterli müxtəlif hökumətlərlə, Avrpora İttifaqı , Türkiyə ilə bəlli sazişlərin ratifikasiyası, Telekomunikkasiya reqlamaneti ilə bağlı əsasnamənin təsdiq olunması, `Heydər Əliyev ordenin təsis edilməsi haqqında` qanunda dəyişikliklər olunması , Cinayət Prosessual Məcəlləsində dəyişiklik və Xəzər, Piraallahı rayonlarının inzibati ərazi bölgüsünə dəyişikliklər.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti