Parlamentə notbukla giriş qadağan edildi

Parlamentə notbukla giriş qadağan edildi
  24 Yanvar 2014    Oxunub:1176
Milli Məclisə smartfon və android sistemli telefonlarla yanaşı notbukla daxil olmağa da qadağan edilib.

AzVision.az-ın məlumatına görə, bu gün parlamentin Regional komitəsinin iclasında iştirak edən jurnalistlərə kompüterlərlə Milli Məclisə daxil olmağa icazə verilməyib.

Mətbuat nümayəndələri kompüterlərini binanın girişində qoyduqdan sonra iclasda iştirak edə biliblər.

Bildirilib ki, Milli Məclisin fevralın 3-ə təyin olunan plenar iclasına da notbukla daxil olmaq mümkün olmayacaq.

Anar RÜSTƏMOV



Teqlər:  





Xəbər lenti