Gülər Əhmədovanın şikayəti qəbul olunmadı
AzVision.az xəbər verir ki, iclasda Prokuror G.Əhmədovanın məhkəmədən vəsatətlərin təmin olunmamasını tələb edib. Fasilədən sonra hakim vəsatətlərin təmin olunmaması barədə qərar qəbul olunduğunu bildirib.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin olunub.
Qeyd edək ki, dünən Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkil Əfsər Talıbov Gülər Əhmədova barəsində cinayət işinə xitam verilməsi və ittiham hökmünün ləğv edilməsi barədə vəsatət qaldırıb.
Fatimə Kərimli