Mikayıl Cabbarovun işdən çıxardıqları
Nazirlik ötən il ərzində ölkədə saxta diplom faktlarının aşkarlanmasına da münasibət bildirib. Qeyd olunub ki, ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən hüquqi əsası olmayan diplomların verilməsi faktları aşkar edilib və müvafiq yoxlama aparılıb. Yoxlamanın nəticəsində toplanılmış materiallar mövcud qanunvericiliyə uyğun hüquqi qiymətin verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Qeyd olunan faktlarla əlaqədar cinayət işi açılıb və istintaq aparılır. Digər məsələlər istintaq zamanı müəyyən ediləcək.