“O, bizim aparıcımız deyil” - Açıqlama

“O, bizim aparıcımız deyil” - Açıqlama
  24 Yanvar 2014    Oxunub:1173
İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsi teleaparıcı Günel Hümbətovanın İctimai Televiziyanın aparıcısı kimi təqdim olunmasına münasibət bildirib.

AzVision.az-a verilən məlumatda bildirilir ki, Günel Hümbətova İctimai Televiziyanın əməkdaşı deyil. O qısa müddət ərzində İTV ilə əməkdaşlıq edib və ötən ilin dekabr ayında şirkətdən uzaqlaşdırılıb.

Qeyd edək ki, Günel Hümbətova "Space TV"də yayımlanan "Plyus-minus" verilişinin aparıcısı olub.




Teqlər:  





Xəbər lenti