AXCP və Müsavata siyasət dərsi

AXCP və Müsavata siyasət dərsi
  25 Yanvar 2014    Oxunub:1282
“Bəlkə düşünək, bəlkə liderlərimizi bütləşdirməyək?”
“El” hərəkatının sədr müavini Zəfər Quliyev AXCP və Müsavat partiyalarına iradlarını bildirib.

AzVision.az-ın məlumatına görə, “El” rəsmisi müxalifət partiyaları arasında davam edən savaşın kökünda partiya liderlərini günahkar bilərək onların bütləşdirildiyini deyib. Z.Quliyev qeyd edib ki, müxalif partiyaları xalq maraqlarını kənara qoyaraq ancaq öz maraqlarından çıxış edirlər.

“Bir-biri ilə “kompromat müharibəsi” aparan iki müxalifət partiyasının moratorium oyunlarını mən anlaya bilmirəm.

Əvvəl hücuma məruz qalan Müsavat partiyası moratorium elan etdi və əsaslandırdı ki, artıq böhtanlara, təhqirlərə cavab verməyəcək. Bir müddətdən sonra AXCP də moratorium qərarini dolayısı ilə səsləndirdi. Çox gözəl. Lakin mənim anlamadığım odur ki, olmazmı siyasi mübarizədə birdəfəlik təhqirdən, alçaldıcı damğalardan əl çəkmək və siyasi rəqabəti ağıllı, mədəni, arqumentli təhlillər və diskussiyalar çərçivəsində aparmaq? Yoxsa elə çıxır ki moratoriumdan sonra yenidən böhtan, təhqir, söyüş və kompomat davranış modellərinə qayitmaq olar?
Moratorium oyunlarından asılı olmayarag, iki aparıcı partiyanın sivil, tolerant və mədəni rəqabət apara bilməməsi, tənqidə və fərqli mövqeyə dözümsüzlüyü, bir-birləri ilə yola gedə bilməməsi və xırda intriqalara qapılmasi muxalifəti hara aparir və cəmiyyətə nə vəd edir? Bəlkə düşünək?!

Bəlkə liderlərimizi bütləşdirməyək?! Bəlkə özümüzə də biraz tənqidi yanaşaq?! Bəlkə partiya maraqlarından daha cox ölkənin, xalqın, vətəndaşların maraqlari ilə hesablaşaq?”.

AzVision.az


Teqlər:  





Xəbər lenti