Ötən il 61 nəfər yanaraq ölüb - STATİSTİKA
Bildirlib ki, baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 75 nəfər həlak olub, 127 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 9 nəfər xilas edilib və 63 nəfər təxliyə olunub.
Nazirliyə 2013-cü il ərzində baş verən yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 8708 çıxış edilib. Onlardan çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 1963 çıxış; açıq sahələrdə yanğınlar – 4897 çıxış; nəqliyyat vasitələrində yanğınlar –378 çıxış; digər yanğınlar üzrə - 1470 çıxış təşkil etmişdir.
Baş verən yanğın hadisələri zamanı 61 nəfər həlak olub, 87 nəfər xəsarət alıb, bu da 2012-ci il ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 9%, xəsarət alanlar üzrə 1 nəfər və ya 1% çoxdur. 2013-cü il ərzində respublika ərazisində 29 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci il ilə müqayisədə 2 hadisə və ya 7% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.