Milli Məclisdən jurnalistlərə şad XƏBƏR

Milli Məclisdən jurnalistlərə şad XƏBƏR
  25 Yanvar 2014    Oxunub:1114
“Milli Məclisin iclaslarını işıqlandıran jurnalistlərin kompüter problemi həll olunacaq”.

Bunu AzVision.az-a açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, parlamentdə jurnalistlər üçün nəzərdə tutulan otaqda yeni kompüterlər quraşdırılacaq.

“Mən rəsmi olaraq deyirəm ki, kompüter məsələsi həll ediləcək. Jurnalistlər üçün olan otaqda kompüterlərin sayı bir neçə dəfə artırılacaq. Onlar üçün şərait yaradılacaq”.

A.Təvəküloğlu həmçinin əlavə edib ki, komitə iclaslarında kompüter otağı jurnalistlərin ixtiyarına veriləcək.

“Komitə iclasları üçün də həmin otaqla bağlı indi hazırlıq gedir və otaqda jurnalistlər işləyə biləcək”,-deyə, Akif Təvəkküloğlu əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti