İlham Əliyevdən qubernatora məktub
AzVision.az xəbər verir ki, ölkə başçısı məktubunda milli bayramı münasibəti ilə Avstralya xalqını təbrik edib.
`Hörmətli xanım General-Qubernator,
Milli bayramınız – Avstraliya günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
Son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm`.
Teqlər: