Daxili Qoşunların komandanı hərbi hissədə oldu
AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi hissə komandanlığı gənc əsgərlərin mövcud şəraiti, aparılan fərdi psixoloji söhbətlər, həmçinin sağlamlıq durumları barədə geniş məruzə edib.
Daxili Qoşunların komandanı gənc əsgərlərin hərbi xidmətə çağırışa qədərki dövrdə ailə vəziyyəti, məşğul olduqları peşə sahələri, eləcə də hazırkı mənəvi-psixoloji keyfiyyətlərinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb.
O, eyni zamanda, hərbi hissənin tibb məntəqəsində müalicə olunan gənc əsgərlərlə maraqlanıb, səhhətlərində əsasən mövsümü xəstəliklərin müşahidə olunduğu bir neçə hərbi qulluqçuların daima həkim nəzarətində olması tapşırığını verib.
Sonra ənənəvi olaraq əsgər valdeynləri ilə görüş keçirilib, onların fərdi qaydada müraciətləri dinlənilib. Əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Teqlər: