İordaniyanın Senatında əməkdaşlıq danışıqları
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov bu ölkənin parlamentinin yuxarı palatasının (Senat) üzvü, İordaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan əl-Hmud ilə görüşüb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, görüşdə parlamentlər arasındakı əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmış, bu əlaqələrin dövlətlər arasındakı münasibətlərin inkişafındakı rolunun əhəmiyyəti vurğulanmış, işçi qrupların yeni tərkibinin yaxın vaxtlarda təsdiq edilməsi barədə razılıq edilib.
Tərəflər həmçinin Əmmanda fəaliyyət göstərən İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin 2014-cü il üçün fəaliyyət proqramının təsdiq edilməsi məqsədilə Dostluq Cəmiyyətinin İdarə heyətinin fevral ayının ilk günlərində iclasının təşkil edilməsi, eyni zamanda Xocalı soyqırımı ilə bağlı silsilə mərasimlərin keçirilməsi barədə qərar qəbul ediblər.
Görüş qarşılıqlı anlaşma və səmimi şəraitində keçmişdir. Senat üzvünə ölkəmizin mədəni iris haqqında hədiyyələr təqdim edilib.
Teqlər: