Cəmil Həsənli Namazovun istefasından danışdı

Cəmil Həsənli Namazovun istefasından danışdı
  27 Yanvar 2014    Oxunub:1079
“Eldar Namazova uğurlar arzulayıram, istəməzdik belə olsun”.
Milli Şura sədri Cəmil Həsənli “EL” hərəkatının rəhbəri Eldar Namazovun qurumdan istefa verməsinə münasibət bildirib.

O, AzVision.az-a açıqlamasında bildirib ki, Eldar Namazov olmasa da Milli Şura fəaliyyətini davam etdirəcək:

““EL” hərəkatının xeyli üzvü Milli Şuranın üzvüdür. Onlar bu məsələni fərdi qaydada həll etmək barədə qərar veriblər. Eldar Namazov Milli Şuradan çıxsa da Eldəniz Quliyev, Nurəddin Mustafayev və digərləri Milli Şurada təmsil olunurlar. Hər halda arzu etməzdik ki, Eldar Namazov istefa versin. Amma Milli Şura fəaliyyətini davam etdirəcək. Eldar Namazova uğurlar arzulayıram”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti