Gülər Əhmədova Ali Məhkəməyə şikayət edəcək
Vəkilin sözlərinə görə, şikayətlə bağlı sənədlər sabah Ali Məhkəməyə təqdim olunacaq.
“Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Apellyasiya şikayəti təmin olunmayıb demək düzgün deyil. Bizim istəyimiz odur ki, məhkəmə istintaq baxışı ilə keçirilsin. Apellyasiya bunu etmədi. Buna görə də biz Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Sənəd artıq tam hazırdır, sabah Ali Məhkəməyə təqdim olunacaq”-deyə vəkil vurğulayıb.
Qeyd edək ki, keçmiş deputat Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Eks-deputat hökmdən Apellyasiya Məhkəməsinə şikayət etsə də bu, təmin edilməyib.
Nihadə Eyyubova