“Məhəbbət Kazımovun arzuları yarımçıq qaldı”

“Məhəbbət Kazımovun arzuları yarımçıq qaldı”
  27 Yanvar 2014    Oxunub:1554
“Allah rəhmət eləsin, onun ailəsinə və yaxınlarına baş sağlığı veririk”.
Bu gün vəfat edən Əməkdar artist Məhəbbət Kazımovun yaxınları Mədəniyyət və Turizm Nazirliyindən şikayətlənib. Bildiriblər ki, Azərbaycanın Əməkdar artisti vəfat edib, amma Mədəniyyət və Turizm Nazirliyindən heç kim ailəsinə başsağlığı verməyə gəlməyib. Heç kim onunla maraqlanmayıb.

AzVision.az bununla bağlı Nazirliyin mətbuat xidməti ilə əlaqə saxladı. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov əməkdar artistin ailəsinə və yaxınlarına başsağlığı verib:

“Allah rəhmət eləsin, onun ailəsinə və yaxınlarına baş sağlığı veririk. Onun arzuları yarımçıq qaldı. Yəqin ki, sabah onu sevənlər, həmkar dostları, eləcə də Nazirlik işçiləri arasında onu sevən şəxslər də dəfn mərasimində iştirak edəcək”.

Sevinc



Teqlər:  





Xəbər lenti