Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək
Qəbulda yalnız Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Göygöl şəhəri, H.Əliyev prospekti 1) 30 yanvar 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
AzVision.az
Teqlər: