`Azadlıq`dan məhrumolma cəzası

`Azadlıq`dan məhrumolma cəzası
  30 Yanvar 2014    Oxunub:1289
Emin Piri

Sosial şəbəkələrdə AXCP funksionerlərinin birinin, daha dəqiqi, Natiq Ədilovun statusunu gördüm. `Azadlıq` qəzeti ölüm yatağında imiş. Təəssüflənməmək əldə deyil. İstənilən bir qəzetin bağlanmasına kiminsə sevinəcəyini demək yersiz olardı. Ən azından orada çalışan işçiləri, evə çörək aparan insanları düşündünsə, durum ortadadır. Amma...
Statusda çağırış edilir ki, yazarlar gəlsin, iki-üç ay pulsuz işləsinlər. Niyə? Səbəbini bilmirsiniz? Əli Kərimliyə iki-üç ay pulsuz xidmət üçün, onu daha da ilahiləşdirmək üçün?! Daha sonra AXCP rəhbərliyi İo-Kio Babanın köməyilə pul əldə edəndə fədakarlığının bitmiş olduğunu düşünüb hansısa redaksiyaya gedəcəksən. Təbii ki, ailəni dolandırmaq naminə. Elə hansısa müxalifət qəzetinə. Olsun, “Yeni Müsavat”a. Və o xidmətin sonunda satqın adlanmaq üçün! Fədakarlığının qiyməti kölə, satqın adlanmaq olacaq.

`Azadlıq` niyə bu aqibətlə üzləşir? Əsl səbəbini bilməyə hazırsınız? `Azadlığ`ın bağlanma söhbəti, işçilərin pulunun verilməməsi Əli Kərimlinin oyunun tərkib hissəsidir. Son vaxtlar Milli Şura ətrafında gedən söhbətlər, AXCP-nin müxalifətin içində təklənmiş, ittihamlara cavab verə biləcək durumda olmaması bu səbəblərdəndir. AXCP-yə yazıq, əsl müxalifət obrazı vermək üçün gedişlərdən biri budur. Bu gediş ən azından Qərbin diqqətini çəkməlidir.

İkinci səbəb isə birbaşa Əli Kərimlinin şəxsiyyəti ilə bağlıdır. İşçiləri aylarla pulsuz işlətmək və sonda `Azadlığ`ın bağlanmaq məsələsini qoymaqla onları narahat vəziyyətdə saxlamaq. Planın tərkib hissəsi kimi `Azadlıq` bağlanmayacaq. Çox güman bu olsa da, cəmi bir neçə gün çəkəcək. Daha sonrasa Əli Kərimli öz yardım əlini uzadaraq qəzeti xilas edəcək. Özündən qəhrəman obrazı yaradaraq jurnalistlərin ona əvvəlkindən daha çox xidmət etməsini, daha da bütləşdirməsini tələb etmək üçün. Təbii ki, bəziləri bu gedişə inanaraq, onu bir xilaskar kimi görəcək. Onun hesabına evə çörək apara bildiyini düşünəcək. Amma oyundan xəbərsiz olaraq. Bütün bundan sonra isə Əli Kərimlini nəinki müdafiə, amasızcasına müdafiə edən yazılar və yazarlar meydana çıxacaq.

Əgər yuxarıdakıları da yalan hesab edib, `Azadlığ`ın bağlanması ilə cəmiyyətin nə itirəcəyini düşündünüzsə, cəmiyyət heç nə itirməyəcək. Sadəcə, Əli Kərimlinin xoşuna gəlməyənləri `vurması` üçün bir tribunası əldən gedəcək. Bu qədər bəsit.


Teqlər:  





Xəbər lenti