Təhsil naziri vətəndaşlarla görüşəcək

Təhsil naziri vətəndaşlarla görüşəcək
  05 Fevral 2014    Oxunub:1605
Təhsil naziri Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayon sakinləri ilə görüşəcək.
10 fevral 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.


Teqlər:  





Xəbər lenti