Düşmənin “Skad”ı Ordumuzun zərbəsindən sonra - VİDEO
Hərbi əməliyyatların davam etdiyi günlərdə məğlub olan düşmən tərəfi qisasını Azərbaycanın mülki sakinlərindən çıxırdı. Onların Gəncəyə atdığ "Elbrus" raketləri evlərin dağılmasına və onlarla insanın həlak olmasına səbəb olmuşdu. Bundan sonra düşmənin raket kompleksləri start vəziyyətində məhv olundu.
Xarici jurnalistlərdən Joş Fridman Ermənistan ərazisində, Azərbaycanla sərhədin yaxınlığında (Vardenis) Ordumuzun “Harop” zərbə dronu ilə məhv etdiyi “Skad” komplekslərindən birinin qalıqlarının görüntülərini çəkib.
Qeyd edək ki, “Elbrus” ballistik raketləri silahlanmaya 1967-ci ildə qəbul edilib. Raketin atəş məsafəsi 50-300 kilometr, maksimal uzaqlığa uçma vaxtı 5 dəqiqə, start çəkisi 5862 kiloqram, doldurulmamış raketin çəkisi isə 2076 kiloqramdır. Uzunluğu 11 metr 164 santimetrdir. Korpusunun diametri 880 millimetrdir. Kompleksin ümumi çəkisi 37 ton, döyüş heyəti 8 nəfərdən ibarətdir. Raket fuqaslı 987 kiloqram həcmli partladıcı döyüş hissəsi ilə təchiz olunub.
Azvision.az
Teqlər: Elbrus Raket Kompleks Məhv