AzVision-22 I Psixoloji savaş və gorbagorun dedikləri - VİDEO

      AzVision-22    I Psixoloji savaş və gorbagorun dedikləri -    VİDEO
  20 Noyabr 2020    Oxunub:14309
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük, ilin xalqı! Döyüşlərin qaynar fazası başa çatıb, amma bu, bütövlükdə müharibənin bitdiyi anlamına gəlmir. Hələ qarşıda siyasi-diplomatik faza var ki, o da əsla asan olmayacaq. Ona görə, bu dəfə üzərində dayanacağımız suallar da həmin istiqamətdə olacaq.
- Psixoloji müharibə nədir və hazırda bizə qarşı necə aparılır
- “Status” söz oyunu: Bizi çaşdıran nədir?
- Unitaz təfəkkürlü xalq və bizim onlardan fərqimiz.
- Goru çatladılanlar. Ermələrin gorbagor etdikləri ölülərilə müsahibə.


Bu suallara mən və o – sosial şəbəkə fəalı, bloger, skeptik vətəndaş Demə Qoq birlikdə cavab verməyə çalışacağıq. Artıq indidən bəllidir ki, münaqişənin həllinin siyasi-diplomatik fazası həm informasiya, həm də psixoloji həmlələr şəraitində keçəcək. Bu istiqamətlərdə müharibə hələ indi-indi qızışır. Feyklər, manipulyasiyalar tam gücü ilə davam edir. Ona görə, xalq olaraq bu fazaya hazırlaşmaq və möhkəm olmaq lazımdır.

1. Toplar susub, goplar başlayıb

Aqata Kristinin Puarosunun dililə desək, boz hüceyrələrinizi səfərbərliyə alın və döyüşü qəbul edin. İstəsəniz də, istəməsəniz də, siz də psixoloji müharibənin iştirakçısı olacaqsınız. Daha doğrusu, artıq hamımız onun içindəyik. Erməni tərəfin Qarabağın indiki vəziyyəti və gələcəyi mövzusunda bütün manipulyasiya cəhdləri bunun təsdiqidir.

Demə Qoq:
- Təkcə Ermənistan deyil axı. Başqa ölkələrin də mediası, siyasətçiləri eyni şeyləri deyirlər. Təkcə Ermənistan olsaydı, yenə də başa düşərdik ki, düşməndirlər. Amma belədə istər-istəməz suallar çoxalır.

Bəli, “Erməni tərəfi” anlayışı təəssüf ki, təkcə Ermənistanla hüdudlanmır və daha böyük anlayışdır. Rusiyada yaşayıb, Rusiya mediasında çalışanlar da erməni tərəf ola bilərlər və olurlar, Fransada da, başqa ölkələrdə də... Ona görə də, indiki mərhələdə bizdən xalq olaraq müdriklik, təmkin və möhkəm əsəblər tələb olunur.

Demə Qoq:
- Onun üçün də qəti və aydın söz deyilməlidir ki, Xankəndində kimin bayrağı asılacaq, orada yaşayanlar kimin şəxsiyyət vəsiqəsini daşıyacaqlar, hamı sakitləşsin də!

Deyildi də. Cənab Ali Baş Komandanın açıqlaması tam vaxtında bütün suallara nöqtə qoydu və bununla da əslində məsələ bağlanmalıdır. Ən azı biz tərəfdən dəqiq bağlanmalıdır: “Heç bir status haqqında söhbət gedə bilməz! Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı. Mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar. Mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq”.
Bu, bütün suallara qəti, aydın və birmənalı cavabdır. Hərçənd, bunsuz da Qarabağın gələcəyilə bağlı ən azı bizdə heç bir sual olmamalı idi, çünki cənab Ali Baş Komandan Müharibənin başa çatması ilə bağlı xalqa müraciətində də eyni məsələyə birmənalı, heç bir tərəddüdə yer qoymayacaq şəkildə aydınlıq gətirmişdi. Gəlin, yada salaq: “Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var”.
Belə aydın və qəti sözlərdən sonra cəmiyyətdə heç bir sual qalmamalı idi, amma qəribədir ki, elə olmadı. Ortaya müxtəlif tərəddüdlər, gümanlar, şübhələr çıxdı. Və burada xüsusilə sosial şəbəkənin mənfi rolunu qeyd etməsək, olmaz. Məhz orada kultivasiya edilən əsassız şübhələr, yanlış yozumlar cəmiyyətdə lazımsız şübhələrin ortaya çıxmasına səbəb oldu.

Demə Qoq:
- Eyy, sosial şəbəkədə işiniz olmasın! Şübhələr necə çıxmasın axı ortaya?! Qarabağda həmin o Araikin, onun əski parçasının şəklini görəndə suallar yaranacaqdı da... Buna necə yanaşmalıyıq ki?!

Buna belə yanaşmalıyıq ki, bildirçinin bəyliyi darı sovrulana qədərdir. Darının sovrulub qurtarmağına isə lap az qalır. Bu proses mərhələlərlə gedir. Hazırda torpaqların boşaldılması mərhələsidir. Bu mərhələdə hələ ki, Xankəndi və orada kimlərin olması əsas mövzu deyil. Elə ki, gəlib o mərhələyə çatacağıq, onda Qarabağda yaşayan erməni əhalinin necə idarə olunması aktuallaşacaq, bunun mexanizmləri hazırlanacaq. Daha sonra isə Araikin də Azərbaycan xalqına qarşı etdiyi cinayətlərə görə cavab vermək növbəsi çatacaq və onda görərik, onu kim, yaxud nə xilas edə bilir. Hələlik isə Qarabağda yaşayan erməni əhalinin adından kimsə danışmalıdır və bu rol mexaniki olaraq Araikin üstünə düşür.

2. Psixoloji müharibənin əsas qanunu

Ermənilər də bu sırf inzibati, prosedur məsələsindən psixoloji müharibədə istifadə edərək, Azərbaycan xalqını demoralizə etməyə çalışırlar. Psixoloji müharibənin əsas qanunlarından biri budur ki, orada qarşı tərəfin şüurundan, məntiqindən yayınaraq, daha çox, instinktlərinə toxunmağa çalışılır. Məsələn, sağ qalmaq, yaxud, mövcudluq arealını qorumaq kimi baza instinktlərinə. Biz sadəcə bunu bilməli, sonra isə qaliblərə xas soyuqqanlıqla proseslərin gedişatını izləmələyik.

Demə Qoq:
- Nə təhər də tapırsan e, belə sözləri! Yaxşı, tutaq ki, biz burada sənin dediyin kimi, “Qaliblərə xas soyuqqanlıqla” proseslərin gedişatını izləyirik, o yandan da ermənilər Putinin dediklərini öz istədikləri kimi yozacaqlar axı.

Yozacaqlar. Bu da psixoloji və informasiya müharibəsinin qanunlarıdır. Diplomatiyanın savaşdan əsas fərqi odur ki, savaş birmənalı və qətidir. Məsələn, Şuşa bizdədir, vəssalam, burada hansısa yozuma yer yoxdur. Amma diplomatiyada, xüsusilə də əgər o, psixoloji müharibə fonunda aparılırsa, adətən birmənalı və qəti heç nə olmur. Ona görə də, hər şey müxtəlif tərəflərə yozulacaq və fərqli mənalarda şərh ediləcək, bu, qaçılmazdır. Amma gəlin, görək, Putin nə dedi: “Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, nə deməkdir?! O deməkdir ki, Azərbaycan özününkü saydığı, həmçinin, bütün dünya birliyinin Azərbaycana məxsus hesab etdiyi əraziləri qaytarıb. Və bu zaman onun özünə məlum yardım göstərən istənilən ölkəni müttəfiq seçmək hüququ var idi”.
Buradan çıxan nəticə nədir? Yəni, Qarabağ Azərbaycanın ərazisidir və bunu heç kim şübhə altına almır. Fəqət onun Azərbaycanın sərhədləri, yaxud, ərazi bütövlüyü çərçivəsindəki vəziyyətinin tam aydınlaşması üçün əlavə zamana və işlərə ehtiyac var.

Demə Qoq:
- Axı bizim Rəis deyir ki, Qarabağın heç bir statusu olmayacaq, başqaları isə statusdan danışırlar. Nəticədə çaşqınlıq yaranır da. Bunu necə başa düşməliyik?

Əvvəla, kim nə deyirsə-desin, biz birmənalı şəkildə ancaq öz Dövlət Başçımıza, Müzəffər Ali Baş Komandanımıza inanmalıyıq, vəssalam. O, xalqa heç vaxt doğru olmayan heç nə deməyib. Bu, bir.
İkincisi, həqiqətən də, “status” sözünün müxtəlif mənalarda işlənməsi müəyyən çaşqınlıq yaradır. Amma bu termini məsələn, “vəziyyət” sözü ilə əvəz etsək, hər şey yerini alacaq və daha rahat anlaşılacaq. Belə: Qarabağın vəziyyəti gələcəkdə müəyyənləşdiriləcək. Yəni sonrakı mərhələdə, bunun üçün daha öncə görülməsi vacib olan digər işlər var. Tutaq ki – misal üçün deyirəm,- həmin ərazilərin Azərbaycanlı əhalisi yerlərinə qayıtmalıdır, tam demilitarizasiya getməlidir, müəyyən institutların işi bərpa olunmalıdır ki, onlardan sonra biz Qarabağın vəziyyətinin üstünə gələk. Bunlar isə bir qədər vaxt aparacaq. Burada ziddiyyətli heç nə yoxdur. Qabaqda hələ xeyli maraqlı hadisələr var.

3. Təlxəyi ağlamaq tutanda

Qarşıdakı dövrlə bağlı ən maraqlı suallardan biri təbii ki, Paşinyanın sonrakı taleyilə bağlıdır. Çünki onun öz postunda həm qalması lazımdır, həm də düzgün, lazımlı məqamda getməsi. Əgər o, vaxtından tez devrilsə, sülh razılaşmasının icrası ilə bağlı suallar yarana bilər. Buna görə, ən azından, qol çəkdiyini başa çatdırana qədər hakimiyyətdə qalmalıdır. Digər tərəfdən, qarşıdakı mərhələlərin birində gec-tez Ermənistanla təmaslar qurmaq lazım gələcək ki, onda Paşinyanın qalması artıq prosesi əngəlləyə bilər. Həmin dövrə qədər Ermənistanda adekvat bir iqtidar qurulmalıdır. Ona görə də, bu həftə oradakı məmur istefalarının fonunda Paşinyanın parlamentdə verdiyi hesabat çox maraqlı idi. O, göstərməyə çalışırdı ki, məğlubiyyətin günahkarı özü olduğu qədər də təkcə özü deyil:
– Biz elə bilirdik ki, iki yanaşma eyni zamanda mövcud ola bilər. Birincisi – müharibəni istisna etmək, ikincisi – bir santimetr də torpaq verməmək. Bizim ssenarimiz olmalı və ona hazırlaşmalı idik. Bizə elə gəlirdi ki, prosesi əbədi uzada bilərik. Seçim etmək lazım idi.

Buradan açıq-aşkar görünür ki, ermənilərin Qarabağ münaqişəsinin gələcəyilə bağlı heç bir planları, ssenariləri olmayıb. Onlar elə biliblər ki, hələ uzun illər indiki qeyri-müəyyən vəziyyət qalacaq və başqa heç bir varianta hazırlaşmayıblar. O başqa sualdır ki, əgər hazırlaşmaq istəsəydilər, bacaracaqdılarmı?! Burada Putinin dediyi sözlər də böyük maraq doğurur:
- Şuşa şəhərinə gəlincə, Şuşanın verilməsi məsələsi heç vaxt qoyulmamışdı. Bu sual indiki münaqişənin, böhranın gedişində ortaya çıxdı. Oktyabrın 19-20-də mənim həm prezident Əliyev, həm də baş nazir Paşinyanla silsilə telefon danışıqlarım oldu. Mən prezident Əliyevi hərbi əməliyyatları dayandırmağın mümkünlüyünə inandıra bildim, amma o, qaçqınların geri qayıtmasını, o cümlədən də, Şuşaya dönmələrini vacib şərt kimi qoydu. Amma mənim üçün gözlənilməz şəkildə erməni tərəfdaşlarımız bunu qəbuledilməz saydılar. Və baş nazir Paşinyan açıq dedi ki, bunda Ermənistanın və Qarabağın maraqlarına təhlükə görür. Mənə indi də aydın deyil ki, həmin təhlükə nə ola bilərdi.

Bütün bu prosesdə Şuşa məsələsi doğrudan da, çox böyük maraq doğurur. Hələ ki diplomatik danışıqların çoxunun üzərində məxfilik qrifi qaldığından, biz nəyin necə olduğunu gələcəkdə biləcəyik. Amma indiyə qədərki danışıqlarla bağlı verilən açıqlamaların heç birində Şuşa ilə bağlı heç nə deyilməmişdi. Hər halda, 15 ildir bu prosesləri izləyən, təhlil edən, yazan jurnalist olaraq, mənim yadıma heç nə gəlmir.

4. Qarabağın ürəyi

Şuşanı azad etmək - belə görünür ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın ruhunu bütövləşdirmək və Qarabağın gələcək taleyilə bağlı spekulyasiyalara imkan verməmək üçün şəxsən xalqa və dövlətə bəxş etdiyi parlaq tarixi Qələbədir.
Paşinyanın parlamentdəki çıxışında dediyinə görə, döyüşlərdən sonra Şuşada 300 erməni əsgərin cəsədi qalıb və bu, mübarizənin miqyasını göstərir. Əslində isə həmin miqyas şübhəsiz ki, qat-qat böyük olub. Çünki bunu hər kəs əla bilir – Şuşa kimdədirsə, Qarabağ onundur. Təkcə ona görə yox ki, Şuşa Qarabağın simvoludur, mənəvi paytaxtıdır; sırf strateji olaraq da Şuşa – Qarabağa nəzarət etməyin açarıdır.
Əziz Şuşa bundan sonra əbədi bizimdir, o bizə, biz ona qayıtmışıq və daha heç vaxt heç bir qüvvə onu Azərbaycandan qopara bilməz. Bu isə o deməkdir ki, indən sonra Qarabağda baş verən bütün proseslər “Şuşa” adlı qartal yuvasından baxan Azərbaycanın nəzarətində cərəyan edəcək.
Eyni zamanda, Paşinyanın Şuşanın itirilməsinə necə haqq qazandırması da son dərəcə maraqlıdır:
– Deyirlər ki, Şuşanı satıblar. Kim satıb Şuşanı?! Əgər satıblarsa, son 30 ildə satıblar, ona görə Şuşa belə bədbəxt, belə məşum şəhər idi. Əgər bizə Şuşa lazım idisə, niyə o, bu vəziyyətdə idi?!

Paşinyanın bu sözləri bir daha göstərir ki, ermənilər Şuşanın onlara məxsus olmadığını əla bilirdilər. Buna görə, oranı dirçəltməyə, abadlaşdırmağa əlləri gəlmirdi. Onlar Şuşaya da, Qarabağın digər ərazilərinə də Vətən kimi yox, bir gün mütləq itirəcəkləri müvəqqəti qənimət kimi baxırdılar. Və hər şey qırağa, təkcə Şuşanın bu zülümdən qurtulub, doğma xalqına qayıtması 44 yox, lap 440 gün də savaşmağa dəyərdi! Şuşa təkcə məscid minarələri, qala divarı, daş-torpaq deyil. Şuşa – Azərbaycan ruhunun Qarabağdakı təsdiqidir, möhürüdür. Şuşa – Azərbaycan ruhunun elə bir güclü retranslyatorudur ki, onun nəinki 10, hətta 100 kilometrliyində də başqa heç bir yad mənəviyyat, mədəniyyət ola bilməz. Şuşanı Qarabağın zirvəsində bir teleqüllə kimi təsəvvür edin ki, oradan bütün Kiçik Qafqaz silsiləsinə Azərbaycan yayımlanacaq.

5. Unitaz təfəkkürlü xalq

Mən mistikadan tamamilə uzaq bir insanam. Amma Qarabağda baş verənlərə baxanda adama elə gəlir ki, hətta Ana Təbiətin özü də hər zaman o parazit xalqın - əgər “xalq” demək mümkündürsə,- oradan mümkün qədər tez cəhənnəm olmasını və azərbaycanlıların öz yurdlarına dönməsini istəyib, gözləyib. Bəzən deyirlər ki, bütöv xalqın haqqında pis danışmaq düz olmaz, xüsusilə bizim əldəqayırma pasifistlər tez-tez təkrarlayırdılar ki, günah sadə insanlarda deyil, onları idarə edənlərdədir-filan... Amma məsələn, Kəlbəcərdə ermənilərin törətdiklərinə baxanda məlum olur ki, onlar yanılıblar. Bu yerdə iki xalqı müqayisə etmək üçün mən dünən eşitdiyim gerçək bir əhvalatı danışmaq istəyirəm.
92-ci ildə Qarabağda ev-eşiyini qoyub, canını qurtarmaq üçün ermənilərdən qaçmağa məcbur olmuş bir ailənin dramını o zamankı uşaq gözlərilə müşahidə etmiş bir dostumuz danışdı ki, qapıdan çıxanda nənəm geri qayıtdı, həyətdə qalan toyuq-cücənin qabağına dən səpməyə başladı. Deyəndə ki, ay nənə, erməni gəlir e, toyuq-cücəninmi vaxtıdır, cavab verib ki, a bala, yazıqdırlar, nə bilim, bir də onlara kim nə vaxt dən verəcək, ac qalmasınlar...
Baxın, bu biz – hətta ev-eşiyini qoyub gedərkən belə, düşmənə qalacağını bildiyimiz toyuq-cücəyə “canlıdırlar, ac qalmasınlar”, deyə, son dəfə dən verən insanlar, bu da onlar – gedərkən özünə məxsus olmayanı dağırdan, talayan, özünün əkmədiyi ağacları kəsən, özünün tikmədiyi evləri yandıran və azərbaycanlıya qalmasın deyə, binəva bir eşşəyin başını kəsəcək qədər gözlərini qan tutan yamyamlar. Unitaz xalqı.

Demə Qoq:
- Biri qaldı. Ölülərini qəbirdən çıxarıb aparanlar! Yaxşı, səncə, onu niyə edirdilər?!

Abbas Səhhətin hamımızın uşaqlıqdan əzbər bildiyimiz şeirində belə bir misra var: “Vətən - əcdadımızın mədfənidir”. Mədfən – yəni dəfn olunduğu yer. Bu fəlsəfəni aşmağa çalışsaq, bir atalar sözümüz yada düşür: “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Çox vaxt bu atalar sözünün mənasını düz başa düşmürük. “Ölməyə Vətən yaxşı” – ona görə yox ki, Vətən – gəzməyə, yaxud, üstündə yaşamağa deyil, ancaq ölməyə yarayır. Xeyr. Ona görə ki, Vətən - əcdadımızın mədfənidir, dəfn olunduğu yeridir. Biz də kiminsə əcdadı sayılacağıq zamanı gələndə. Və əgər mənim, sənin, bizim qəbrimiz bu torpaqda olmasa, bir neçə nəsildən sonrakı övladlar üçün bura “Vətən” sakrallığını itirə də bilər. Yəni sənin qəbrin övladının Vətən anlayışında istinad nöqtələrindən biri olmalıdır. O, deyə bilməlidir ki, burada mənim atamın, babamın qəbri var. Bu mənada, ermənlərin öz ölülərini gordan çıxarıb, gorbagor eləmələri mənə çox simvolik görünür: Onlar etiraf edirlər ki, bu torpaq əcdadlarının mədfəni deyil, dolayısıyla, Vətənləri də deyil.

6. Gorbagorun dedikləri

Beləliklə, indi qəbirdən çıxarılıb, naməlum istiqamətdə aparılan erməni gorbagorlardan biri bizimlə “Skype” bağlantısında olmalıdır. Rabitə varmı?!

- Var. Eşidirəm.
- Çox sağ olun verilişimizə qoşulduğunuz üçün. Necəsiniz?
- Ölüyəm.

Demə Qoq:
- Ay məni qınayanlar! Mənim jurnalistimə baxın da! Ölüyə “sağ olun” deyir. Adə, ölüb e o, ölüb! Ölü necə sağ ola bilər?! Sizin kimi jurnalistlərlə necə informasiya müharibəsi aparmaq olar?! Ölüyə deyir “necəsən”?! Bunları kim efirə buraxır e?! Yığışdırın bunları efirdən!

- Etika xətrinə dedim də. Xahiş edirəm, mane olmayasan. Hə, ağsaqqal, gəl, oradan başlayaq ki...
- Ağsaqqal olduğumu haradan bilirsən?
- Üzr istəyirəm. Ağbirçək olmusunuz?
- Heç özüm də bilmirəm. Yadımdan çıxıb. İmkan verirlər ki, nə olduğumuz yadımızda qalsın?! Rahat yatmağa da qoymurlar!
- Kim qoymur?!
- Bu VORBERİ VORDİNER`LƏR!
- Uffff... necə də kobud dildir bu. Soruşmaq ayıb olmasın, siz Kəlbəcər torpağında nə gəzirdiniz?!.. Pardon, nə yatırdınız, nə yatdırırdınız?
- Bunu başa düşmək üçün Şerlok Holms olmaq lazım deyil. Əgər mən çoxdan orada basdırılsaydım, indi sümüklərim də çürümüşdü. Amma gördüyünüz kimi, maşallah, top kimiyəm. Deməli, təzəlikcə ölmüşəm. Təzəlikcə ölmüşəmsə, deməli, Karvaçara təzə köçənlərdənəm.
- Gorbagor deyəsən, sağlığında məntiqli adam olub...
“Karvaçar” daha yoxdur. Sən bəlkə də nə vaxtsa dirilə bilərsən, amma o ada birdəfəlik getdi, daha heç vaxt drilməyəcək!
- Ara, bundan sonra dirilib, neyləyəcəyəm?! Yaxşı ki, vaxtında üzüsulu ölüb getdim. Əgər yaşasaydım, indi mən köçməli olacaqdım. İndi haradasa unitaz sökürdüm, ev yandırırdım, ağac qırırdım, eşşək başı kəsirdim. Amma belədə ölmüşəm, heç nə vecimə deyil. Kefdəyəm.
- Yerə gəlmişkən, sizinkilərin elədikləri bütün bu hərəkətlərdən heç utanırsınızmı?!
- Səncə, qurbağa milçək yeməyindən utanarmı?! Yox. Biz də utanmırıq. Bizə qədərkilər belə yaşayıblar, biz belə yaşamışıq, bizdən sonrakılar da belə yaşayırlar, onlardan sonrakılar...
- Onlardan sonrakıları biz qoymacağıq belə yaşamağa. Ən azı bizim torpaqlarda daha belə yaşaya bilməyəcəklər!
- Hahahaha... Guya yaşamağa başqa yerimiz var ki?!
- Bayaqkı sual cavabsız qaldı. Kəlbəcərə niyə gəlmişdin?!
- Sağ olanda bu sualı versəydin, başqa şeylər danışardım. Amma indi rəhmətlik adamam, düzünü deyəcəyəm: Parazitlik eləməyə.
- Elə parazit kimi də gedirsən. Necə fikirləşirsən, biz gec-tez iki normal qonşu kimi dinc yanaşı yaşaya biləcəyik?!
- Ara, bu suala cavab vermək üçün bir mənə bir ömür bəs eləməyib. Bir də dünyaya gəlsəm, bəlkə cavab verə bilərəm.
- Yox, lazım deyil. Sən elə olduğun yerdə qal, mən özüm cavab verməyə çalşaram.

Mənə belə gəlir ki, indi hər şey ermənilərin öz gələcəklərilə bağlı qəbul edəcəkləri milli konsepsiyadan asılıdır. Əgər onlar Azərbaycan torpaqlarına iddialarını, “Böyük Ermənistan” qurmaq kimi utopik ideyaları kənara qoyub, özlərinə başqa ekzistensial məqsədlər tapsalar, həm ölkələrinin, həm də regionun inkişafı üçün gözəl şanslar yaranacaq. Əks təqdirdə isə... Bayaqkı müsahibimizin parazit ömrü və parazit sonluğu bütün xalqa proyeksiya olunacaq. Bu yolun gələcəyi yoxdur.
Biz isə bütün bu prosesləri izləyəcək və bacardığımız qədər şərh edəcəyik. Hələlik möhkəm olun!


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti