Pis fikirlərdən qurtulmağın yolu

Pis fikirlərdən qurtulmağın yolu
  11 Fevral 2014    Oxunub:8767
Pis fikirlər insanın rahat yaşamağına mane olur. Amma çoxları bu cür fikirlərdən qurtulmağı bacarmırlar. Amerika və İspaniyadan olan bir qrup alimin son araşdırması onlara bu işdə kömək ola bilər.
Bir qrup insanın üzərində aparılan araşdırma zamanı bəlli olub ki, onlar ağıllarına gələn pis fikirləri kağıza yazıb, sonra həmin kağızları tullayanda tədricən pis fikirlərin insan psxikasına təsiri də azalmağa başlayır. Və insan özünü psixoloji baxımdan daha komfort, yüngül hiss edir.Həmin qeydləri saxlayanda və təkrar oxuyanda isə əks effekt alınır.

Yaxşı fikirlər üçün də bu, doğrudur. Onları yazıb, sonra təkrar oxuyanda insanda yaxşı əhval və özünə inam hissi güclü olur.

AzVision.az


Teqlər:  





Xəbər lenti