Daxili turizmin təbliğatı ilə bağlı yeni video

Daxili turizmin təbliğatı ilə bağlı yeni video
  16 Dekabr 2020    Oxunub:1657
Azərbaycan Turizm Bürosu tərəfindən COVID-19 pandemiyasından sonra turizmin təşviği məqsədilə təbliğat videoçarxı hazırlanıb.
Azvision.az xəbər verir ki, videoçarxın məqsədi daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır.

Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və mədəni turizm obyektləri sadalanır, onların görüntüləri təqdim olunur.

Əsasən yerli auditoriya üçün nəzərdə tutulan təbliğat çarxı xarici turistlər üçün ingilis və rus dillərində subtitrlərlə hazırlanıb.



Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti