Qeyri-neft-qaz məhsullarının ixracı azalıb

Qeyri-neft-qaz məhsullarının ixracı azalıb
  17 Dekabr 2020    Oxunub:1689
Yanvar-oktyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,2 faiz, real ifadədə isə 17,7 faiz azalaraq 1 milyard 444,4 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (38,1 faiz), Türkiyəyə (19,8 faiz), İsveçrəyə (12,2 faiz), Gürcüstana (7,6 faiz), Çinə (2,4 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (1,8 faiz), İrana (1,7 faiz), Qazaxıstana (1,5 faiz), ABŞ-a (1,2 faiz), Almaniyaya (1 faiz), Belarusa (1 faiz) göndərilmiş məhsulların payı üstünlük təşkil edib.

Azvision.az


Teqlər: İxrac   Statistika  





Xəbər lenti