Fond şəhid və qazilərin kredit borclarını sildi

 Fond şəhid və qazilərin kredit borclarını sildi
  24 Dekabr 2020    Oxunub:2004
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan Qələbə ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri, tarixi ədalət bərpa olundu. Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldərək bugünkü və gələcək nəsillərin qürur mənbəyinə çevrildi.
Bu tarixi Qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.

Əmanətlərin Sığortalanması Fondundan (ADIF) Azvision.az -a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərin ləğv prosesində olan banklardakı kreditlər borclarının və onlara hesablanmış faizlər və digər ödəmələrin, həmçinin düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın ləğv prosesində olan banklardakı kredit borcları və onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi təmin olunub.

Allah şəhidlərimizə rəhmət etsin. Qarabağ Azərbaycandır!

Azvision.az



Teqlər: ADİF   Şəhid   Borc  





Xəbər lenti