Livan İsraillə sərhədə 5 min əsgər göndərəcək

Livan İsraillə sərhədə 5 min əsgər göndərəcək
  26 Noyabr 2024    Oxunub:237
Livan ordusu İsraillə atəşkəs razılaşması çərçivəsində ölkənin cənubuna 5 min əsgər göndərəcək.
Bu barədə Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bu Həbib Romada keçirilən beynəlxalq konfransda məlumat verib.

Nazir ümid etdiyini bildirib ki, Hizbullah hərəkatı ilə İsrail arasında atəşkəslə bağlı yekun razılaşma bu gecə əldə olunacaq.
İsrail oktyabrın 1-dən Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir. İsrail hələ də qonşu ölkəni havadan bombalamağa davam edir. Nəticədə şiə hərəkatının liderləri həlak olub, bir milyondan çox insan qaçqın düşüb. Hizbullah isə quru döyüşləri aparır və İsrail ərazisinə raket atışlarını aktivləşdirdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti