Nazirliyin əməkdaşları konfransda iştirak edib

Nazirliyin əməkdaşları konfransda iştirak edib
  25 Dekabr 2020    Oxunub:1088
Energetika Nazirliyinin əməkdaşları dekabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunmuş kimya mühəndisliyinin aktual problemləri mövzusunda onlayn formatda Beynəlxalq elmi-texniki konfransda iştirak edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, konfransın II sessiyasında Energetika Nazirliyinin nümayəndəsi Otel Hüseynov təqdimatla çıxış edib. “Neft-kimya sənayesinin inkişaf mərhələləri” adlı təqdimatda ölkəmizdə neft və neft-kimya sənayesinin tarixi, mövcud müəssisələr barədə məlumatlar yer alıb. Neft-kimya sənayesinin ölkə iqtisadiyyatının əsas seqmentlərindən biri olmaqla uzunmüddətli və sabit inkişaf yolunun formalaşmasında xüsusi rol oynadığı vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb.

Konfransda həmçinin bir çox tanınmış beynəlxalq universitetlərdən dəvət almış akademik və elm xadimləri tərəfindən müvafiq mövzuda təqdimatlar edilib.

Azvision.az



Teqlər: Energetika  





Xəbər lenti