Gələn il Milli Meşə Proqramının icrasına başlanacaq

Gələn il Milli Meşə Proqramının icrasına başlanacaq
  25 Dekabr 2020    Oxunub:1506
Azərbaycanda Milli Meşə Proqramı hazırlanıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda sənəd razılaşma mərhələsindədir.

“Gələn ilin əvvəllərində proqram təsdiq olunacaq və icrasına başlanılacaq. Proqramda meşələrin bərpası, istifadə tədbirləri və digər vacib məsələlər öz əksini tapacaq”, - deyə Xidmət rəisi vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN   Meşə  





Xəbər lenti