Xəzəri çirkləndirənlər yarım milyon cərimələndi

 Xəzəri çirkləndirənlər yarım milyon cərimələndi
  25 Dekabr 2020    Oxunub:1627
Bu il ərzində Xəzər dənizinə çirkab sularını axıdan müəssisələr 500 min manat məbləğində cərimə edilib.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bu dövrdə 105 müəssisəyə məcburi göstəriş verilib ki, sutəmizləyici qurğularını işə salsınlar.

"Dəfələrlə xəbərdarlıq edilən, lakin iş görməyən 12 müəssisənin bağlanılması ilə bağlı məhkəmə orqanları qarşısında iddia qaldırılıb. Bu il ərzində Xəzər dənizinə və Kürə çirkab suları axıdan müəssisələrlə bağlı 354 akt, 144 protokol tərtib edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Xəzər   Dəniz  





Xəbər lenti