Neft Fondunun Müşahidə Şurası büdcəni müzakirə edib

Neft Fondunun Müşahidə Şurası büdcəni müzakirə edib
  26 Dekabr 2020    Oxunub:1532
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və Qaydaları, eləcə də digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Azvision.az


Teqlər: ARDNF  





Xəbər lenti