Xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb
  28 Dekabr 2020    Oxunub:1580
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 25,9% azalaraq 22 746 064,19 min ABŞ dolları təşkil edib.
Azvision.az -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk on bir ayında Azərbaycan xarici ölkələrə 13 060 548,39 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 9 685 515,80 min. dollar olub. Nəticədə, 3 375 032,6 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 43% azalıb, ixrac və idxal isə müvafiq olaraq 28,6% və 21,8% azalıb.

Azvision.az


Teqlər: DGK   Saldo  





Xəbər lenti