AMB pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır

AMB pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır
  29 Dekabr 2020    Oxunub:1023
2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bildirilib ki, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 29-u, martın 19-da, aprelin 30-u, iyunun 18-da, iyulun 30-da, sentyabrın 17-də, oktyabrın 29-da və dekabrın 17-də açıqlanacaq.

Məlumatda qeyd edilib ki, 29 yanvar, 30 aprel, 30 iyul və 29 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq.

Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti