Dolları nə gözləyir?

 Dolları nə gözləyir?
  29 Dekabr 2020    Oxunub:2009
ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqindən sonra ən çox müzakirə edilən iqtisadi məsələlərdən biri də dolların ucuzlaşmasıdır. COVID-19 ilə mübarizədə kifayət qədər bahalı paketin icrasına başlanılması okeanın o tayında valyuta bazarına emissiya ediləcəyindən xəbər verir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dolların səbət valyutalara, o cümlədən avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir.

"Amma yardım paketinin dəyərinin böyük olmasına baxmayaraq, dolların aparıcı valyutalara nisbətən kəskin dəyər itirəcəyi gözlənilmir. İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil. Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Praktik olaraq, emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq, qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır.

Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir. Ümumiyyətlə, region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımdan sərfəli hesab olunmur. O baxımdan, bütövlükdə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur".

Azvision.az


Teqlər: Dollar  





Xəbər lenti