Azərbaycan 11 ayda ən çox İtaliyaya məhsul göndərib

Azərbaycan 11 ayda ən çox İtaliyaya məhsul göndərib
  31 Dekabr 2020    Oxunub:1418
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, on bir ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 4 milyard 98,9 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 506,9 milyon dollar, Rusiyaya isə 644,6 milyon dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 462,5 milyon dollar, Türkiyə ilə 3 milyard 910,4 milyon dollar, Rusiya ilə 2 milyard 417,6 milyon dollar təşkil edib.

Azvision.az


Teqlər: İtaliya   Məhsul  





Xəbər lenti