Qay Parmelin İsveçrə Prezidenti vəzifəsinə başlayıb

Qay Parmelin İsveçrə Prezidenti vəzifəsinə başlayıb
  01 Yanvar 2021    Oxunub:1300
Hökumətdə sağçı mühafizəkar İsveçrə Xalq Partiyasını təmsil edən İqtisadiyyat naziri Qi Parmelin ölkə Prezidenti olaraq vəzifəsinə başlayıb.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, o, Prezident səlahiyyətlərini və nazir vəzifəsini birləşdirərək 2021-ci il ərzində bu postda çalışacaq.

Qeyd edək ki, İsveçrədə Prezident seçimləri keçən il 9 dekabr tarixində parlamentin hər iki palatasının birgə iclasında keçirilib.

Qi Parmelin 9 noyabr 1959-cu ildə anadan olub. O, kənd təsərrüfatı ixtisasını bitirib.
1994-2007-ci illərdə Vo kantonunun Böyük Şurasının üzvü seçilib. 2003-2015-ci illərdə Milli Şuranın (İsveçrə parlamentinin aşağı palatası) üzvü olub.

2018-ci ilə qədər Müdafiə, əhalinin qorunması və idman naziri vəzifəsində çalışıb, daha sonra İqtisadiyyat Nazirliyinə rəhbərlik edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsveçrəPrezidenti  





Xəbər lenti