Fransa radiosu: Bakı 20 il əvvəl verdiyi vədi gerçəkləşdirdi

 Fransa radiosu:  Bakı 20 il əvvəl verdiyi vədi gerçəkləşdirdi
  04 Yanvar 2021    Oxunub:2311
Rusiya təbii qazından asılılıq: Avropa Azərbaycanın sayəsində qaz təchizatının şaxələnməsinə ümid edir. Bu, təbii qaz tədarük mənbələrini şaxələndirməyə çalışan Avropa üçün vacib bir addımdır. Dekabrın 31-də Azərbaycan Bolqarıstandan keçərək Avropaya ilk təbii qazının çatdığını elan etdi. Beləliklə, Bakı 20 il əvvəl Xəzər dənizində nəhəng “Şahdəniz” təbii qaz yatağını kəşf edəndə verdiyi vədi gerçəkləşdirdi.
Azvision.az xəbər verir ki, bu fikirlər Fransanın RFİ rasidosunda “Rusiya təbii qazından asılılıq: Avropa Azərbaycanın sayəsində qaz təchizatının şaxələndirilməsinə ümid edir” adlı verilişdə səsləndirilib.

Bildirilib ki, avropalıların təbii qaz təchizatını və onların rus qazından asılılığını azaltmaq məqsədilə Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi kəməri ilə Avropaya çatdırılıb.

Verilişdə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən söz açılıb. Avropanın təbii qaz asılılığını azaltmaqla bərabər, havanı çirkləndirən kömür elektrik stansiyalarını qaz elektrik stansiyaları ilə əvəzləmək istədiyi diqqətə çatdırılıb.

Layihənin birinci mərhələsi “Şahdəniz-1” 2006-cı ildə, ikinci mərhələ “Şahdəniz-2”nin istismarı 2018-ci ildə başlayıb. 28 milyard dollar dəyərində olan “Cənub Qaz Dəhlizi” kəməri Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən qaz təchizatını təmin edən üç qaz boru kəməri kompleksindən ibarətdir. 2020-ci ildə tamamlanan layihə ildə 10 milyard kubmetr qazı Avropaya, 6 milyard kubmetr qazı isə Türkiyəyə nəql etməyə imkan verən 3500 kilometr qaz kəmərindən ibarətdir.

Azvision.az


Teqlər: Fransa   Radio   Qaz   Azərbaycan  





Xəbər lenti