OPEK+ nazirləri razılığa gələ bilmədi

OPEK+ nazirləri razılığa gələ bilmədi
  05 Yanvar 2021    Oxunub:1291
Bu gün OPEK+ ölkələri 6 saat davam edən danışıqlar zamanı neft hasilatı ilə bağlı razılığa gələ bilməyiblər.
Azvision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, gərgin keçən görüşdə fevral ayı üçün neft hasilatının səviyyəsi üzrə konsensus əldə etmək mümkün olmayıb.

Məlumata görə, danışıqlar sabah davam etdiriləcək. Görüş Vyana vaxtı ilə saat 15:30-da başlayacaq.

Azvision.az


Teqlər: OPEK   Neft   Hasilat  





Xəbər lenti