Mütəxəssis: “Bu məsələlərə xüsusi diqqət edilməlidir”

 Mütəxəssis:  “Bu məsələlərə xüsusi diqqət edilməlidir”
  07 Yanvar 2021    Oxunub:1666
“Bir çox istehsalçılar icazə olmadan polietilen torbalar istehsal edib satırlar. Bu məsələlərə xüsusi diqqət edilməlidir”.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin mütəxəssisi Araz Əliyev deyib. O bildirib ki, ilkin monitorinqlərin nəticələrinə görə, bir çox polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur:

“İlk tələb istehsalçıların üzərinə qoyulmalıdır. Onlar polietilen torbaların istehsalı zamanı standartları müəyyən etməlidirlər. Qanunvericiliyin tələblərinə riayət etmək üçün insanları hazırlamaq lazımdır. Ticarət şəbəkəsində, istehsal sahəsində maarifləndirmə aparılmalıdır. Bundan başqa, məhsulun markalanması da düzgün getməlidir. Bu istiqamətdə istehsalçılarla iş aparılır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti