Ərdoğan planlarını açıqladı
Bu yürüşü heç kimin dayandıra bilməyəcəyini, Türkiyənin bu irəliləyişinin qarşısında heç kimin dayana bilməyəcəyini bildirən Baş nazir dekabrın 17-də Türkiyənin inkişafının qarşısını almaq, Türkiyəyə mane olmaq üçün dövlətə qarşı sui-qəsd təşkil etməyə cəhd olunduğunu deyib: "Pensilvanyada bir şəxs (Fətullah Gülən - red.) var, 17 dekabr sui-qəsdi ideyasının müəllifi odur, audio və videoyazılar, montajlar da oradan çıxır".
Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılmışdı. Həbslər korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları üzrə həyata keçirilmişdi.