İkinci Xəzər dənizi konfrası keçiriləcək

İkinci Xəzər dənizi konfrası keçiriləcək
  02 Mart 2014    Oxunub:1067
Azərbaycanın energetika naziri ikinci Xəzər dəhlizi konfransında iştirak edəcəkdir.
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev martın 7-də Londonda keçiriləcək ikinci Xəzər Dəhlizi Konfransında iştirak edəcəkdir.

Energetika Nazirliyindən AzVision.az.-a bildiriblər ki, konfrans London Fond Birjasının baş ofisində keçiriləcək və Azərbaycanın energetika naziri Natiq Əliyev tədbirdə çıxış edəcəkdir.

Konfransda regionun iqtisadi inkişaf perspektivləri müzakirə ediləcəkdir.

Konfransda N.Əliyevin, Qazaxıstanın neft və qaz naziri Uzakbey Karabalinin, Türkmənistanın energetika naziri Murat Artykovun, Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinqerin iştirakı ilə gələcək əməkdaşlıq üçün dəyərli əlaqələrin təşəkkül tapması, daha da möhkəmləndirilməsi yollarına dair təqdimatlar keçiriləcəkdir.

İkinci Xəzər dəhlizi konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regionun biznes mühiti, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır. Həmçinin, Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihlərinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilmişdir.

Tədbirin təşkilatçıları London Fond Birjası, Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın “Asia House” təşkilatıdır.

Konfransda Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznes və elmi dairələr, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcəkdir.




Teqlər:  





Xəbər lenti