İllik gəliri 63 milyard avrodur
Avropa Komissiyasının hesabatına əsasən, hazırda Aİ ölkələrində mobil əlavələrin hazırlanması ilə 1 milyona yaxın insan məşğul olur, daha 800 min nəfər əlavələrin dəstəklənməsinin satışı sahəsində çalışır. 2018-ci ilədək bu sahədə çalışanların sayı 2,7 milyon tərtibatçıyadək və 2,1 milyon əlavələrin satışı və dəstəklənməsi işçi heyətinədək artacaq.
Proqnoza görə, 2018-ci ilədək Aİ ölkələrində əlavələrdən istifadə etməklə reklam, alış və digər tranzaksiyalardan əldə olunan illik gəlirin həcmi 63 milyard avroya çatacaq.
Komissiyanın hesabatında həmçinin əlavələrin hazırlanması sektoru üçün ixtisaslı kadrlarda problemin olması qeyd edilir.
Komissiya tərəfindən rəyi soruşulan mütəxəssislər bu vəziyyətin yaranmasını bir neçə səbəblə izah ediblər. Rəyi soruşulanların təxminən 38 faizi bildirib ki, ABŞ şirkətlərinin tərtibatçılara təklif etdiyi əməkhaqqı ilə rəqabət aparmaq çətindir ki, bu da mütəxəssis axınına səbəb olur. 33 faiz Avropa proqramçılarının keyfiyyətli əlavələrin hazırlanması üçün xüsusi biliklərinin yetərli olmamasını, daha 28 faiz Aİ-də sadəcə tərtibatçıların sayının az olmasını qeyd edib.