Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi

Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi
  04 Mart 2014    Oxunub:1570
Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb. AzVision.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov millət vəkillərinə xəbərdarlıq edib.

O deyib ki, son vaxtlar Milli Məclisin iclası polemikaların, dedi-qoduların meydanına çevrilib: “Buna son qoyun və qaydalara əməl edin. Bura mübahisə, intriqa və polemika meydanı deyil”.

Daha sonra millət vəkillərinin çıxışlarına yer verilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti