Hökumət “Sovetski” probleminə görə toplanacaq

Hökumət  “Sovetski” probleminə görə toplanacaq
  04 Mart 2014    Oxunub:1155
Millət vəkili İqbal Ağazadə “Sovetski” sakinlərinin məlum etirazını parlementin bu günki iclasında səsləndirib. AzVision.az xəbər verir ki, millət vəkili Sovetski deyilən ərazidə insanların haqlarının pozulması ilə bağlı ona məlumatlar daxil olduğunu bildirib:

“İnsanlar iki dəfə aksiya keçiriblər. Onlara verilən kompensiyanın miqdarı azdır. Bu günki şərtlər daxilində bəlkə 1500 manat normal hesab etmək olar. Amma nəzərə almalıyıq ki, Sovetskidə tikilən mənzillərin kvadratı olduqca azdır. Onlar Sovet dövründə özlərinə kiçicik şərait düzəltmişdilər. 15 kvadrat olan evə 45 min manat verilir. Bu qiymətə Bakının heç bir yerində bir otaqlı mənzil də almaq mümkün deyil. Hökumət elə siyasət yeritməlidir ki, insanlar yaşamaq hüquqi ilə təmsil olunsunlar. Dövlət bu barədə düşünməlidir. Puldan əlavə iki üç otaqlı mənzillə təmin olunmasına şərait yarada bilər. Mənzili 100 kvadrat metr insanlar yaxşı mənzil ala bilər. Amma 15- 20 kv. m olan nə etsin? Mən təklif edirəm ki, Milli Məclis bu barədə Nazirlər Kabinetinə müraciət etsin”.

Spiker millət vəkilinə cavab olaraq deyib ki, “Sovetski”də heç kimi məcburi köçürmürlər. Bu məsələlərə davam edir. Hələ buna son qoyulmayıb. Həm də bununla bağlı Nazirlər Kabinetinin iclası olacaq, o zaman hər şey müəyyən olunacaq.”-,deyə Oqtay Əsədov əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti