Xəzərə çirkab su axıdan şirkət cəzalandırıldı

Xəzərə çirkab su axıdan şirkət cəzalandırıldı
  01 İyun 2021    Oxunub:1022
Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən boru kəməri vasitəsilə çirkab suyun Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmətin rəsmisi Ramal Bağırov Azvision.az -a bildirib ki, boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 18.8, asılı bərk hissəciklərin 25.6, sintetik səthi aktiv maddələrin isə 2.1 dəfə normadan artıq olduğu məlum olub.

“Araşdırma zamanı boru kəməri vasitəsilə Xəzər dənizinə axıdılan çirkab suyun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Xüsusi Yol İstismarı MMC-nin ərazisində formalaşdığı və təmizlənmədən nasoslar vasitəsilə boruya vurulduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib olunub və sözügedən MMC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib”.

Azvision.az



Teqlər: Xəzər   Dəniz   Çirkab   Şirkət  





Xəbər lenti